Qoşma
Aşıq Əhməd Rüstəmov. "BİR SALAM VERƏK"
Dil aç, telli sazım, Şirvan elindən,
Gəl gedək, Qazağa bir salam verək!
Vaqiflə bir yerdə Cıdır düzündən,
Gözəl Qarabağa bir salam verək!
Göyəzən dağının gəzək zirvəsin,
Pambıqlı çöllərin çarpaz cərgəsin.
Açaq söz mətahın, şeir süfrəsin,
Hər elə, oymağa bir salam verək!
Ötək pərdə-pərdə, verək səs-səsə,
Ürək şad olarmı deyib gülməsə?!
Vurğun gəzən yeri bizə kim desə,
Əhməd, o torpağa bir salam verək!
İfa edir: Aşıq Əhliman Şirvanlı
Loading the player...