Qoşma
Xəyyat Mirzə. "ƏZİZİM"
Hicran dustağıyam, dərdə giriftar,
Bu dərdimi kimsə bilməz, əzizim!
Hərcayıdan mənə bir ox dəyibdi,
Ölənədək üzüm gülməz, əzizim!
Pozulubdur mən Mirzənin əsası,
Seyraqubla qurtarmayıb davası.
Deyərlər ki: «qabaq qoçun qisası,
Heç buynuzlu qoçda qalmaz», əzizim!
"Ovşarı" havası. İfa edir: Ələsgər Tağıyev
Loading the player...