Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Ələsgər. "GÖRDÜM"


Gedirdim, güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatır, inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu alıb nişana,
Dəlib ürəyini, boyayıb qana,
Yıxılıb çevrilir o yan-bu yana,
Kəsilibdi səbri, qəralı gördüm.

Təbib olsam, yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram,
Ələsgərəm, o səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.

 

İfa edir: Aşıq Əhliman
Loading the player...

 

 

 

 
 





Yuxarı