Qoşma
Mirzə Bilal. "GƏLGİNƏN"
Salam göndərirəm sənə, Ələsgər,
Qədəm qoyub bu məqamə gəlginən,
Dost olmaq istəsən mənimlə əgər,
Bir axşam yeməyə şamə gəlginən.
Neçə yerdən sorağını almışam,
Gəldiyin yollara xalça salmışam,
Gözləyirəm ixtiyarda qalmışam,
Qonağa hazırdır xana gəlginən.
Ustadla istərəm bir qılım söhbət,
Sənətkar adına varımdır hörmət,
Bilal ariflərə eyləyir xidmət,
Şamaxıya, bizim yana gəlginən.
İfa edir: Aşıq Elman İsmayıllı
Loading the player...