Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Hüseyn Bozalqanlı. "SƏNİ"


Bir gecə mən sənə mehman olanda,
Sən məni istədin, ha mən də səni,
İlqar verib, dönüb biilqar olsan,
Məzəmmət eyləyə həm onda səni.

Qol boynuna salıb, sənə söz dedim,
Namə ha yazmadım, üzbəüz dedim,
Vədə verdin, üç saata gözlədim,
Səkkizdə, doqquzda, həm onda səni.

Hüseyn deyər mətləbinə çataydın,
Məclisimdə xoş ixtilat qataydın,
Həmişəlik eyvanımda yataydın,
Gəlib tapaydılar ha məndə səni.


 

"Yüngül şərili" havası. İfa edir: Aşıq Əkbər Cəfərov
Loading the player...

 

 

 

 
 





Yuxarı