Qoşma
Aşıq Şəmşir. "DURA BİLMƏZ"
Sirr açma namərdə, söz demə pisə,
Namərdin qəlbində söz dura bilməz.
Yoldaş olma alçaq olan nakəsə,
Danışar ilqardan, tez dura bilməz.
Mərd ilə ülfət qıl, zəhmətə qatlan,
Salamat baş saxla hər ehtiyatdan.
Bədəni hifz elə, pisdən, bədzatdan,
Haram doğru yolda düz dura bilməz.
Çağırma zalımı, yetişməz dada,
Şəmşir çox imtahan edib dünyada,
Karsız qohum yaman gündə arxada,
Sən çox arzulama, az dura bilməz.
"Keşişoğlu" havası. İfa edir: Şöhrət Kərimov
Loading the player...