Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Mikayıl Azaflı. "İMİŞ" (Misri)


Məni bəlalara qərq edən, bilsən,
Sən demə, öz dostum, qardaşım imiş.
Gözlərimi tutan, başımı kəsən,
Sən demə, eloğlum, sirdaşım imiş.

Bir afət düz yoldan qaytarır məni,
Elə bil dünyamdan qoparır məni,
Gördüm bir daşqın, sel aparır məni,
Sən demə, özümün göz yaşım imiş.

Azaflı, şah gördüm zülmə nur deyir,
Dəryalar üstündə saray qur deyir,
Bir özgə səs mənə “durma, vur“ deyir,
Sən demə, döydüyüm öz başım imiş.

İfa edir: Aşıq Avdı Musayev
Loading the player...

 

İfa edir: Mikayıl Azaflı
Loading the player...

 

 

 

 
 





Yuxarı