Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Ələsgər. "A BİVƏFA"


A bivəfa, a bimürvət, nainsaf,
Keçən günlər heç yadına gəlməzmi?!
Yoxsa unudubsan əhd-peymanı,
Leyli Məcnununu yada salmazmı?!

Ayrılıq bizlərə oldu müqərrəm,
Hicrandan ciyərim bağladı vərəm.
Quldan xəta gələr, ağadan kərəm,
Məşuq aşiqinə kərəm qılmazmı?!

Ələsgərəm, düşdüm eldən avara,
Axtardım, dərdimə olmadı çara.
Bir iyidin əli yetməsə yara,
Qocalıb, başına küllər olmazmı?!


 

Qiraətçi: Məleykə Alıqızı
Loading the player...

 

 

 

 
 





Yuxarı