Qoşma
Aşıq Şəmşir. "VƏDƏSİNDƏ"
Ov keçdi bərədən, uyquda yatdım,
Ayıldım, xədəngi izinə atdım.
Ha yüyürdüm; nə yetişdim, nə çatdım…
Hərişin qaydına qal vədəsində.
Qubarlandın əldə var olan vaxtı,
Baxçanız bəzənib bar olan vaxtı…
Qoynunda xəstəyə nar olan vaxtı -
Bir dənə qıymadın bol vədəsində.
Süleymanı yola salan dünyadı,
Ayrılıq təblin çalan dünyadı.
Gözəlliyi qarı olan dünyadı,
Güvəndin hüsnünün gül vədəsində.
Söylə, gözəl, sən nə mətləb üstəsən?
Nədən durdun aşiqinlə qəsdə sən?!
Axtarıb Şəmşiri görmək istəsən:
Doğru-düz ilqara gəl vədəsində.
"Bayramı havası". İfa edir: Aşıq Şəmşir
Loading the player...