Qoşma
Zəlimxan Yaqub. "GEDİRƏM"
"Aşıq Hüseyn Saraclı" dastan-romanından parça
Yığılın başıma dost olanlarım,
Oxudun üstümdə Quran, gedirəm.
Fitnəkar olmadım, evlər yıxmadım,
Aparıb əxrətə iman, gedirəm.
Ayrılıq sinəmi yandırdı, yaxdı,
Fələk məni tərki-vətən buraxdı,
Deyirlər cənnətlə cəhənnəm haqdı,
Görmədim ədalət, divan gedirəm.
Canım qurban mərd iyidin mərdinə,
Yaralar sinəmdə sızıldar yenə,
Ağacanın pünhan olan dərdinə,
Olmadı fələkdən dərman, gedirəm.
İfa edir: Roman Azaflı
Loading the player...