Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aydın Çobanoğlu. "VAR"


Pərvanələr kimi hər gün, hər axşam,
Xoşbəxtəm, başıma dolananım var!
Dözüb ayrılığın buz nəfəsinə,
Alışıb, oduma qalananım var.

Ömrüm bürünsə də dumana, çənə,
Boyun əyməmişəm mən hər yetənə.
Qoy, daha bəxtəvər desinlər mənə,
Alnımın tərinə bulananım var.

Bu dünyanın hər ləzzəti, hər dadı,
Aşıq Aydın, bir dərd bilən yardadı!
Bundan belə qoparmaram fəryadı,
Ömrü bu ömrümə calananım var.


 

"Nəcəfi" havası. İfa edir: Aydın Çobanoğlu
Loading the player...

 

 

 

 
 





Yuxarı