Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Hüseyn Arif. "GƏRƏK"


Həyatı dərindən duymaqdan ötrü
Min oddan, alovdan keçəsən gərək. 
Enişli, yoxuşlu bu yollarda sən,
Yaxşını yamandan seçəsən gərək. 


Sevinc də, kədər də səbəbsiz deyil,
Məzəsiz məclis də bir məclis deyil, 
Gənclik illərində şərab pis deyil, 
Çayı qocalanda içəsən gərək. 


Hüseyn, səni də dəyişər zaman, 
Yalvarma loğmana üzüləndə can. 
Hələ doymasa da gözün dünyadan, 
Vaxt tamam olanda köçəsən gərək.



 

"Ağır şərili" havası. İfa edir: Ələsgər Tağıyev
Loading the player...

 

 

 

 
 





Yuxarı