Qoşma
Aşıq Alı. "AĞLAMA"
Aylar-illər mən yolunu gözlədim,
Düz ilqarlı Bəsti xanım, ağlama.
Yandırdın sən məni kabab eylədin,
Sənə qurban şirin canım, ağlama.
Bu dünyada belə olubdu adət,
Varlılar yoxsula verir əziyyət.
Bizə də bir qapı açılar əlbət,
Varım-yoxum, din-imanım, ağlama.
Mən Aşıq Alıyam, illər ayrısı,
Məcnun tək gəzirəm çöllər ayrısı.
Bülbüləm, bağlar tək güllər ayrısı,
Ey munisim, mehribanım, ağlama.
İfa edir: Aşıq Fətulla və Aşıq Səlim Göyçəli
Loading the player...