Qoşma
Aşıq Hüseyn Bozalqanlı. "BU GECƏ"
Qəm çəkmə, qəm yemə, divanə könlüm,
Yetirərəm səni yara bu gecə.
Üzümü sürtərəm zülfə, buxağa,
Çəksələr dilimdən dara bu gecə.
Qırılıb sonalar, boş qalıb göllər,
Dağılıb havalar, qan ağlar çöllər,
Kül başına olsun, şeyda bülbüllər,
Gül mehman olubdu xara bu gecə.
Söyün sınmış dilin yara deyibdi,
Təbib neştər vurma, yara deyibdi,
Əğyar əli dəyən yara deyibdi,
Sübhətək çəkmişəm nərə bu gecə.
"Misri" havası. İfa edir: Aşıq İmran Həsənov
Loading the player...