Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Bəhmən Vətənoğlu. "OLMALIYAM"


Qartal, o zirvədən belə düş, belə,
İnsanam, zirvədə mən olmalıyam.
Günəş yandıranda ana torpağı,
Duman olmalıyam, çən olmalıyam.


Zirvədən salıbdı yolu babalar,
Fikri kamal ilə dolu babalar,
Müqəddəs yaşayıb ulu babalar,
Mən də fitnələrdən gen olmalıyam.


Kədər toy gətirməz, düyün gətirməz,
Sükunət dünyaya bir ün gətirməz,
Ağlamaq heç kimə ağ gün gətirməz,
Nə qədər həyat var, şən olmalıyam.

 

"Göyçəgülü" havası. İfa edir: Aşıq Şöhrət Kərimov
Loading the player...

 

 

 

 
 





Yuxarı