Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Mirzə Bilal. "YAXŞIDIR"


Namərd ilə şirin şərbət içməkdən
Mərd ilə içməyə ağu yaxşıdır.
Yalançı molladan, qanmaz sufidən
Mey paylayıb qanan saqi yaxşıdır.


Payız olcaq rəngi solar yarpızın,
Dadı qaçar, yemək olmaz qarpızın,
Pis oğulun, pis qardaşın, pis qızın,
Olmağından olmamağı yaxşıdır.


Aşıq Bilal aşıqların atası,
Qəşəd kəndi olub yurdu-yuvası,
Bir insana əgər dəysə xətası,
Kəsilsə qolunun sağı, yaxşıdır.


Qiraətçi: Şəfi Mikayılov (Mirzə Bilalın övladı)
Loading the player...

 

 

 

 
 





Yuxarı