Qoşma
Aşıq Hüseyn Bozalqanlı. "YAXŞI SAT"
Mərd igidi üç şey çəkər qabağa,
Yaxşı yoldaş, yaxşı sirdaş, yaxşı ad.
Bir ayə var, min ayədən əfzəldir,
“Be”ydi, “hey”di, yaxşı “lam”dı, yaxşı “sad”.
Bədöy mənzili kəhər at yetirməz,
Nanəcibə öyüd versən, götürməz,
Ölənədək nişanını itirməz,
Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat.
Hüseyn sözün nə gizləyə, nə dana,
Nə yaranar, daha doğar nə də ana.
Gövhər mətahını açma nadana,
Tök bazara, sərrafına yaxşı sat.
İfa edir: Aşıq İmran Həsənov
Loading the player...