Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Nəriman Həsənzadə. "DEDİ TƏLƏSMƏ"


Dedim mən sevirəm, dedi sevginən,
Dedim qoşa gəzək, dedi tələsmə.
Dedim bağ içidi, dedi seyr elə,
Dedim bir gül üzək, dedi tələsmə.


Dedim bir vədə ver, xəyala varma,
Dedi zəhmət çəkib özünü yorma,
Dedim, qadan alım, dedi yalvarma,
Dedim onda küsək, dedi tələsmə.


Dedim mən aşiqəm al yanağına,
Dedi bülbül qonar gül budağına,
Dedim üzük taxım qoy barmağına,
Əhdi-peyman kəsək, dedi tələsmə.

"İncəgülü" havası. İfa edir: Aşıq Şəhriyar
Loading the player...

 

 

 

 
 





Yuxarı