Qoşma
Hüseyn Arif. "VAR MƏNİM"
Yığılmır yollardan fikrim, xəyalım,
Görən, bu çöllərdə kimim var mənim?
Sazda Kərəmiyə qoşulan səsim,
Kamanda inləyən simim var mənim.
Kəsilib qapıdan gedib-gələnim,
Yox mətləb qananım, qədir bilənim,
Dumanlar içində yorğun köhlənim,
Tufanlar qoynunda gəmim var mənim.
Hüseyn, nə oldu qönçə niyyətim?
Daşlara toxundu ilk məhəbbətim,
Özgəni güldürən sözüm-söhbətim,
Özümü ağladan qəmim var mənim.
"Sallama Kərəmi" havası. İfa edir: Əhməd Sadaxlı
Loading the player...