Qoşma
Dirili Qurbani. "MƏNİ CANDAN EYLƏDİ". "Qurbani və Pəri xanım" dastanından parça
Pəncərədən hayıl-mayıl baxan yar,
Baxan dilbər məni candan eylədi.
Nuru dəydi, canım odlara yaxdı,
Yaxan dilbər məni candan eylədi.
İnnabı ləbləri yaqut və yəmən,
Məst olar, səst olar onlardan əmən
Açıldı düymələr görsəndi...
Yaxan, dilbər, məni candan eylədi.
Qorxum yoxdur sultanından, xanından,
At oxların gəlib keçsin canımdan,
Ağ əllərə Qurbaninin qanından,
Yaxan dilbər məni candan eylədi.
"Bağbanı" havası. İfa edir: Aşıq İmran Həsənov
Loading the player...