Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Dilqəm. "BİR NAMƏ YAZARAM"


Bir namə yazaram canan elinə
Əhvalım canana yetişərmola?
Fələk məni tərki-vətən eylədi
Nazlı yar əhvalım soruşarmola?

Əzəldən müştaqəm tuti dillərə,
Müsəlsəl saçlara, siyah tellərə,
Axdı eynim yaşı, döndü sellərə
Yar içən sulara qarışarmola?

O qızılgülləri dərməyən Dilqəm,
Dərib, pünhan yerə sərməyən Dilqəm,
Bu dünyada yarın görməyən Dilqəm,
Ya Rəbb, o dünyada görüşərmola...


 

"Dilqəmi" havası. İfa edir: Əfqan Məmmədov
Loading the player...

 

 

 

 
 





Yuxarı