Qoşma
Aşıq Abbas Tufarqanlı. "AY BU YANDA DUR!"
Başına döndüyüm alagöz Pərim,
Apardın ağlımı, ay bu yanda dur!
Ağıl başda deyil, ruh da bədəndə,
Eylədin tarımar, ay bu yanda dur!
Halaldandır mayam, bulunmaz haram,
Qırxlar məclisində mən orda varam,
Seyrağıb adamla heç olmaz aram,
Şeytandı, felindən, ay bu yanda dur!
Abbasam, dövranım, ay belə keçdi,
Dolandı ruzigar, ay belə keçdi,
Sallandı bir pərim, ay belə keçdi,
O səbəbdən dedim, ay bu yanda dur!
"Göyçəgülü" havası. İfa edir: Ulduz Quliyeva
Loading the player...