Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Ələsgər. "ÜZÜN BÜRÜMƏ"


A bimürvət, həsrətini çəkməkdən
Yеtişmişəm cana, üzün bürümə!
İllər ayrısıyıq, fürsət düşəndə
Çəkilib pünhana, üzün bürümə!


Yusif kimi məni saldın azara,
Təbibimsən, еylə dərdimə çara,
Ya buyur cəllada, ya çəkdir dara,
Ya yеtir dərmana, üzün bürümə!


Yazıq Ələsgərəm, mən sana qurban,
Xəstəyəm, dərdimə gəl еylə dərman.
Sən mələkzadasan, ay huri, qılman,
Gəlmişəm qurbana, üzün bürümə!


 

İfa edir: Kəmalə Qubadlı
Loading the player...

 

 

 

 
 





Yuxarı