Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Alı. "DEGİNƏN". "Aşıq Alının Türkiyə səfəri" dastanından


Aman qasid, sən allahı sevirsən,
Mənim ərzim o canana deginən.
Qohum, qardaş, dost-müsahib olanlar,
Göz dikməsin qoy bu yana deginən.

Yeriyib vətənə varannan sonra,
Sən bizim elləri görənnən sonra,
Aparıf naməni verənnən sonra,
Dil cavavı yana-yana deginən.

Vəsmim dastan oldu, düşdü dillərə,
Heyif oldu, yetişən yox hallara,
Aşıx Alı düşdü tozdu yollara,
Yolum düşdü el Osmana deginən.

 

"Naxçıvani" havası. İfa edir: Mahmud Məmmədov
Loading the player...

 

 

 

 
 





Yuxarı