Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Avdı. "YALVARIR"


Bir gün durdum çıxdım gülşən seyrinə,
Gördüm ki, bülbüllər gülə yalvarır.
Bənövşə boynunu büküb nərgizə,
Nərgiz özü şirin dilə yalvarır.


Bir yanda dayanıb xumar gözlü yar,
Bağda hər çiçəyin öz nəşəsi var.
Bir neçə addım da bulaqdan kənar,
Lilpar batıb dərin lilə yalvarır.


Hər otun başında var bir piyalə,
Mehriban dalğındı, batıb xəyala.
Yasəmən çıxanda sorğu-suala,
Avdı yaşın silə-silə yalvarır.

 

"İncəgülü" havası. İfa edir: Aşıq Sadiq Qaymaqlı
Loading the player...

 

 

 

 
 





Yuxarı