Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Dirili Qurbani. "BƏNÖVŞƏ"


Başına döndüyüm, ay qəşəng Pəri,
Adətdi dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.


Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşıq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyif ki, dərirlər az bənövşəni.


Başına döndüyüm, bağa gəl, bağa,
O gözəl hüsnündən bağa nur yağa,
Dəstə-dəstə dərib taxar buxağa,
Bənövşə qız iylər, qız bənövşəni.


Səhər olcaq şeyda bülbül oxuşdu,
Hökm oxundu, Seyraqublar yerişdi,
Sərt qış gəldi, gülün vaxtı sovuşdu,
Daha iyləmirik biz bənövşəni.


Qurbani der, könlüm bundan sayrıdı,
Nə etmişik, yarım məndən ayrıdı,
Ayrılıqmı çəkib boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.

 

"Göyçəgülü" havası. İfa edir: Murad Niyazlı
Loading the player...

 

İfa edir: Elşən Rüstəmov
Loading the player...

 

 

 

 
 





Yuxarı