Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Dilqəm. "GƏLMƏDİ"


Laçın bərəsində, Kür kənarında,
Getdi telli sonam gölə, gəlmədi.
İstədim ki, onun tərifin yazam,
Sığışıb qələmə, dilə gəlmədi.

Can verdim cananın yolunda durdum,
O dağı, düyünü sinəmə vurdum,
Bir tərlanın bərəsində tor qurdum,
Dedim bəlkə tora gələ, gəlmədi.

Belə gözəl olmaz xüldi-bərində,
Ağıllı, kamallı, huşu sərində.
Məcnun kimi durdum vədə yerində,
Leyli kimi getdi çölə, gəlmədi.

Yenə yada düşdü o səlmi-nazım,
Şəninə qafiyə, qəzəllər yazım,
Havalı ceyranım, şahım, şahbazım,
Qırdı şikar bəndin, ələ gəlmədi.

Dilqəm ayrı düşdü qönçə dəhandan,
Ətri-bənövşədən, gülü-reyhandan,
Cənnəti-rizvandan, huri-qılmandan,
Əfzəl olan bu müşkülə gəlmədi.


"Mixəyi" havası. İfa edir: Aydın Çobanoğlu
Loading the player...

 

 

 

 
 





Yuxarı