Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Mirzə Bilal. "GÖRDÜM"


Çox gəzdim Şirvanı, Mili, Muğanı,
Toyun, toyxanasın şahanə gördüm.
Heç bir yerdə olmaz bizim adətdən
Adət-ənənəsin bir danə gördüm.


Seyr eləsən Azərbaycan elini,
Şairdir hər oğlu, qızı, gəlini,
Haqq verib xalqımın şirin dilini,
Nümunədir cümlə-cahana gördüm.


Bilalam, Şirvanın oğluyam mən də,
Yazıb-yaradıram təbim gələndə,
Yox olsun namərdlər salmasın bəndə,
Axtarır şər üçün bəhanə gördüm.


Qiraətçi: Elnar Qarayev
Loading the player...

 

 

 

 
 





Yuxarı