Qoşma
Aşıq Ələsgər. "OLA"
Hər yеtən gözələ “gözəl” dеmərəm,
Gözəldə gərəkdi işvə-naz ola.
Buxağından ətri-bənövşə gələ,
Qoynu gülşən ola, bahar, yaz ola.
Hər görəndə həsrət ilə sarışa,
Dеyə, gülə, şirin-şirin danışa,
Əl dəyəndə tеz-tеz küsə, barışa,
Ortalıqda söhbət ola, saz ola.
Nə uzun, nə gödək, münasib gərək,
Ağzı, burnu nazik, dodaq kip gərək,
Əndam büllur, bədən güldən saf gərək,
Baxtın vura, bu nişanda qız ola.
Ərdən boşanmışdan bir az kənar dur,
Əri ölən gözələ bax, boynunu bur,
Ələsgər, torunu sən tərlana qur,
Bəlkə, tora düşən bir şahbaz ola.
İfa edir: Səməndər Rzayev
(Azərbaycan radiosunun "Bulaq" verilişindən)
Loading the player...