Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Alı. "AĞRI DAĞI"


Havalanıb ərş üzünə qalxıbsan,
Dağların sultanı, nər Ağrı dağı.
Payızın, baharın olub zimistan,
Səndən əskik olmaz qar, Ağrı dağı.

Ətəyində xan atlanar, xan düşər,
Ləşkər vurar mahallara qan düşər.
Hər dağdan irəli sənə gün düşər,
Səhər ağaranda dan, Ağrı dağı.

Səkkiz irzivandır cənnətin bağı,
Neçə qapısı var, neçə otağı.
Nuh gəmisi, peyğəmbərin bulağı,
Səndə hər nişanə var, Ağrı dağı.

Aşıq Alı insanatın sirridi,
Tozun qalxıb İrəvanı bürüdü.
Axşam üstü bir tərəfin yeridi,
Basdın Axuranı, pir Ağrı dağı.

 

İfa edir: Aşıq Sayad
Loading the player...

 

 

 

 
 





Yuxarı