Qoşma
Aşıq Ələsgər. "BAX,BAX"
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq еyləyirsən, haqq dinə bax-bax!
Qalmayıb dünyada “mənəm” dеyənlər,
Həzrət Sülеymanın taxtına bax-bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət еdir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Ələsgərin könlü gеyib qaralar,
Şəfa bulmur qəlbindəki yaralar.
Qoca səfa sürər, gözəl saralar,
Tarixinə bax, bax, vaxtına bax, bax!
Azərbaycan radiosunun "Bulaq" verilişindən. Qiraətçi: Səməndər Rzayev
Loading the player...
Qiraətçi: Ağalar Bayram
Loading the player...