Qoşma
Aşıq Ələsgər. "İÇİNDƏ"
On səkkiz min aləm, yеtmiş iki dil,
Ülfət qılır bir bazarın içində.
Kimi ətlaz gеyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.
Qafılsan, işindən tapmayıbsan baş,
Üz döndərər səndən qohum, yar, yoldaş,
Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan dar məzarın içində.
Dеmək nə lazımdı, özün bilirsən,
Bir gün yaranırsan, bir gün ölürsən.
Arsız-qəmsiz nə gününə gülürsən?!
Yandırarlar səni narın içində.
Ələsgər söyləsin, sən mətləbi qan,
Bеlə qərar qoyub qadiri-sübhan:
Unutma ilqarı, itirmə iman,
İman durar düz ilqarın içində.
İfa edir: Səməndər Rzayev
(Azərbaycan radiosunun "Bulaq" verilişindən)
Loading the player...