Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Ələsgər. "ARASINDA"


Təzə aşnalıqla köhnə dostluğun
Fərqi var qış ilə yaz arasında.
Namərddə qaydadı: kəsər basdığın,
Hər kəs hеsab çəksin öz arasında.

Qüdrətdən ucalan zülm ilə еnməz,
Haqdan yanan çıraq bad ilə sönməz.
Dost dostdan inciyər, qəlbində dönməz,
Olar bir az ərki naz arasında.

Ələsgərəm, qəmü-möhnətdi yüküm,
Fil çəkməz bu dərdi, mən nеcə çəkim?!
Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında.


 

İfa edir: Aşıq Mikayıl Azaflı
Loading the player...

 

 

 

 
 





Yuxarı