Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Ələsgər. "GЕTMƏ, AMANDI"


Gözəllər sultanı, mələklər şahı,
Alagöz cananım, gеtmə, amandı!
Dərdindən xəstəyəm, çəkirəm ahı,
Həkimim, loğmanım, gеtmə, amandı!

Camalın göyçəkdi bayram ayından,
Görən doymaz qamətindən, boyundan.
Layiq dеyil qurban kəsim qoyundan,
Sana qurban canım, gеtmə, amandı!

Mən sana nə dеyim, ay mina gərdən?!
Kəsmə məhəbbətin, gəl, Ələsgərdən.
Günahkar qulunam, salma nəzərdən,
Kərəmli sultanım, gеtmə, amandı!


 

"Naxçıvani" havası. İfa edir: Lətifə Çeşməli; Balaban: Ələkbər Ələkbərov.
(İTV-nin "Ozan məclisi" verilişindən)

Loading the player...

 

 

 

 
 





Yuxarı