Qoşma
Aşıq Dirili Qurbani. "DEDİLƏR"
Yatmışdım, üstümə gəldi ərənlər,
Oğlan, nə yatmısan, oyan dedilər.
Düldülün sahibi, Qəmbər ağası,
Budur, ona Şahi-Mərdan dedilər.
Oyandım qəflətdən, açdım gözümü,
Ərənlər payinə sürtdüm üzümü,
Dindirdilər, haq söylədim sözümü,
Hər kəlməmə doxsan bəyan dedilər.
Qurbani, batıbsan qəm dəryasına,
Ovçunun məskəni dağ arxasına,
Bir sığal verdilər gönül pasına,
Aşiqi məşuqa qurban dedilər.
"Qaytarma" havası. İfa edir: Aşıq Nemət Qasımlı
Loading the player...