Qoşma
Molla Cüma. "HAYIF OLDU"
İsmi Pünhan köçdü fəna dünyadan,
Qarışdı torpağa, göz hayıf oldu.
Xudanın tədbiri beləymiş bizə,
Soldu yanaqları, üz hayıf oldu.
Əcəl çatıb nəfəs sana düzüldü,
Qəm, hicran tapdadı, bağrım üzüldü,
Yenə sevdiyimdən əlim üzüldü,
İxtilat tükəndi, söz hayıf oldu.
Bu yazıq Cümənin dönübdü baxtı,
Əsdi əcəl yeli sərvimi yıxdı,
Dedim ki, şad ollam bu bahar vaxtı,
Töküldü burnumdan yaz, hayıf oldu.
Qiraətçi: İlham Əsgərov
Loading the player...