Qoşma
Zəlimxan Yaqub. "AMANATI"
Gedirәm, a dağlar, salamat qalın,
Dönüm başınıza, yar amanatı.
Odur dövlәtim dә, odur varım da,
Dövlәt amanatı, var amanatı.
Titrәşәn çiçәklәr, yatan dumanlar,
Şair tәk dәrdimi demәmiş anlar,
Bilәr nә demәkdi tәptәzә canlar,
Vicdan, namus, qeyrәt, ar amanatı.
Qayalı bulaqlar, göz kimi dolun,
İsladın otunu yar gәlәn yolun,
Zәlimxan nә desin, göz-qulaq olun,
Qoynunda bәslәnәn nar amanatı.
"Cəlili" havası. İfa edirlər: Aşıq Xanlar Məhərrəmov - Aşıq Zülfiyyə İbadova
Loading the player...