Qoşma
Şeyx Hacı Abdulla Padarlı. "MƏN"
Adam gərək öz-özünə düşünə,
Kimnən gəzim, necə gəzim, harda mən.
Tay-tuşlarım uyğun olsun özümə,
Danışanda utanmayım orda mən.
Oturanda gərək bilim yerimi,
Niyə durum görən kimi birini?
Nə danışım, nə də verim sirrimi,
Cəhl düşsün, məğlub olum zorda mən?!
Danışanda sərhəd çəkim sözümə,
Qiymət qoyum çünki özüm-özümə.
Qoşa barmaq uzanmasın gözümə,
Balıq kimi çabalamayım torda mən.
Abdullayam, haqq-hesabı qanmışam,
Haqsızlığa alışmışam, yanmışam,
Çoxlarını candan əziz sanmışam,
Çox az gördüm yaxın gələn darda mən!
İfa edir: Əhliman Rəhimov
Loading the player...