Qoşma
Zəlimxan Yaqub. "YAVAŞ YERİ"
Ay bulaq başına tələsən gözəl,
Könlümü əlimdən al, yavaş yeri.
Tərpənər yerindən dağların mehi,
Sürüşər başından şal, yavaş yeri.
Ötməsin, aylara, illərə yalvar,
Gəzməyənə qədər çiçəkli yalvar.
Laləyə bənzəmə, bağrında xal var,
Düşməsin qəlbinə xal, yavaş yeri.
Sənin şöhrətini aləmə yayır,
Zəlimxan özünü bəxtəvər sayır.
Qara saçlarından üçcə tel ayır,
Sevdiyim havanı çal, yavaş yeri.
İfa edir: Aytəkin Qəmbərqızı
Loading the player...
İfa edir: Aşıq Ələddin Həsənli
Loading the player...