Qoşma
Aşıq Günyaz Nəzirli. "BİR GÖZƏLİN SIĞAL ÇƏKİB TELİNƏ"
Yay oldumu bir yaylaqda olasan,
Narın-narın yağış səpə, çən gələ.
Kəkotunu gül qarışıq yolasan,
Kef çəkməyə yar-yoldaşın tən gələ.
Dolça qırmaz bulaqların buzunu,
Yedizdirər sənə əmlik quzunu,
Kəm eyləmə bozartmanın duzunu,
Baxan varmı heç qaşığa, çəngələ.
Bir gözəlin sığal çəkib telinə,
Gül-çiçəkdən kəmər bağla belinə,
Yolun düşsə obasına, elinə,
Kündə kəsə, qonaq edə xəngələ.
Öyrənəsən ovçuluğun çəmini,
Ürküdəsən kəkliklərin cəmini,
Unutdura bu dünyanın qəmini,
Gecələrin gündüzündən şən gələ.
Kamandar da həzin-həzin oxuya,
Aşıq görən göz gedərmi yuxuya,
Hər tərəfdən dağ havası qoxuya,
Bəlkə Günyaz dirsəklənib dincələ.
"Gilənar" havası. İfa edir: Murad Niyazlı
Loading the player...