Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Oktay Xalloğlu. "LAYLA DE LAYLA"


Ötüb ömrün köçü, çata bilmirəm,
Al məni qoynuna, layla de, layla.
Özgə laylasına yata bilmirəm,
Al məni qoynuna, layla de, layla.


Bir layla de, yuxum ərşə calansın,
Bir layla de, yolnan gedən dayansın,
Bir layla de, küsgün könlüm oyansın,
Al məni qoynuna, layla de, layla.


Xalloğlu dayanıb yoların üstə,
Belə şirin qeylü-qalların üstə,
Qapansin gözlərim qolların üstə,
Al məni qoynuna, layla de, layla.


İfa edir: Mahsut Fəryadi-Aşıq Zülfiyyə
Loading the player...

 

 

 

 
 





Yuxarı