Qoşma
Səməd Vurğun. "VƏTƏN HƏSRƏTİ"
Elindən, günündən ayrılan könül,
Arabir vaxt tapıb ağlasın gərək.
Əziz kimsələri qırılmış kimi,
Yas tutub qaralar bağlasın gərək.
Demirəm incidib üzsün özünü,
Əl üzüb dünyadan yumsun gözünü,
Nə qədər olsa da Vətən sözünü,
Duysun ürəyində, anlasın gərək.
Bir şikəstə neyəm, bir qırıq kaman,
Görmədim bir bəla-həsrətdən yaman,
Vurğun ellər deyib ağlar hər zaman,
Onun qaydasıdır, ağlasın gərək.
"Mansırı" havası. İfa edir: Əhməd Sadaxlı
Loading the player...