Qoşma
Zəlimxan Yaqub. "DÜŞÜBDÜ"
Dünәn bulaq üstә qızın, gәlinin,
Toy-nişan barәdә sözü düşübdü.
Deyirlәr tәzә bәy olmaq istәyir,
Aranın yaylağa gözü düşübdü.
Çәmәnlәr torpağa döşәyib xalı,
Nişana hazırdır kәrәsi, balı,
Əllәri hәsrәtdәn qalıb uzalı,
Elçi dәrәlәrin özü düşübdü.
Sığmayıb bu sevgi misraya, bәndә,
Yayılıb sәdası şәhәrә, kәndә,
Vәtәn torpağını toylu görәndә,
Sinәmә sәnәtin közü düşübdü.
"Kərəm gözəlləməsi" havası. İfa edir: Murad Niyazlı
Loading the player...