Qoşma
Aşıq Əlxan Qarayazılı. "YATIBDI"
Bu torpaq cənnətdir, bağı-behiştdir,
Burda aşıqların şahı yatıbdır.
Gövhər kəlməliydi, şirin zəbannı,
Könlümün çırağı, mahı yatıbdır.
Daha qəm çəkmədən ağardı başım,
Axdı gözlərimdən sel oldu yaşım,
Ustadımın oğlu – sənət yoldaşım,
Borçalının öz Əmrahı yatıbdır.
Yetirməz Əmrahı bir də bu dövran,
Sənət meydanında söylədi hər yan,
Ağla söz üstündə, ay Aşıq Əlxan,
Saraçlı Söyün tək dahi yatıbdır.
"Ruhani" havası. İfa edir: Nurəddin Qasımlı
Loading the player...