Qoşma
Zəlimxan Yaqub. "GİLEYLİ DOSTUMA"
Küsmә tәbiәtin şıltaqlığından,
Duman bu dağlardan getmir, getmәsin.
Torpaq yanımızda, su yanımızda,
Əlimiz bir yana yetmir, yetmәsin.
Cana dәrd elәmә çәni, dumanı,
Nә ahı yaxın qoy, nә dә amanı,
Mәn sazı götürüm, sәn dә kamanı,
Bülbül özü bilәr ötmür, ötmәsin.
Əgәr ağıl varsa, başın içindә,
Dilәklәr gül açar daşın içindә,
Zәlimxan yaz tapar qışın içindә,
Tәk arzu tükәnib, ömür bitmәsin!
"Xan çobanı" havası. İfa edir: Aşıq Kamandar
Loading the player...