Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Hüseyn Bozalqanlı. "QAYITDI"


Bir sona sallandı, çıxdı xanadan,
Süzdü, oylağına dəydi, qayıtdı.
Axtardı Səyyadın bula bilmədi,
Gördüm ki, pərişan oldu, qayıtdı.


Gecənin nisfində yatan çağında,
Sevgilər ixtilat qatan çağında,
Maral bərəsinə çatan çağında,
Yad ovçudan o xof aldı qayıtdı.


Baxdım bu gəlməyin qeyri qəsdi var,
Bəzəyin, ziynətin şövqi-şəsti var,
Anladım dilbərin yəqin dostu var,
Arif eyhamından bildi qayıtdı.


Ağlibas, ağ bədən, bir məhcəmaldı,
Hürüdü, pəridi, mələk misaldı,
Mürği-ruhum  uçdu, rəngim saraldı,
Ağlımı başımdan aldı qayıtdı.


Dostumu nəfsimə sata bilmədim,
Atdım müjgan oxun, ata bilmədim,
Ha yüyürdüm, daldan çata bilmədim,
Hüseynə çəngəlin çaldı qayıtdı.

 

"Dastanı (Hüseyni)" havası. İfa edir: Aşıq Əkbər Cəfərov
Loading the player...

 

Loading the player...

 

"Döymə Kərəmi" havası. İfa edir: Şakir Hacıyev
Loading the player...

 

"Döymə Kərəmi" havası. İfa edir: Aşıq Telli Borçalı və Aşıq Gülarə Azaflı
Loading the player...

 

 

 

 
 





Yuxarı