Qoşma
Məmməd İsmayıl. "GÖZƏLDİR"
Gözlərin çağlayan sevgi dənizi,
Görənin açılar bəti-bənizi,
Qalxız kirpiyini gülsün dan üzü,
Ağ-qara üstündən halə gözəldir.
Səhərin şehində gəz ayaqyalın,
Meh əssin, çiyninə sürüşsün şalın,
Ayrı ləzzəti var yaşılla alın,
Zəmilər içində lalə gözəldir.
Çəkməzsən qəhrini varın, yoxun sən,
Şirin bir nəğməsən əgər oxunsan,
Dönüb qızıl olar daşa toxunsan,
Sənə sayə salan tale gözəldir.
Həsrətdən izinin adası mənəm,
Sən eşqin özüsən, sədası mənəm,
Qara gözlərinin qadası mənə,
Gözəldən gələcək bəla gözəldir.
Yar ola dərd bilə, yar olanda da,
Yoluna göz diksin yorulanda da,
Eləsinə vurul vurulanda da,
– Desinlər, ay Məmməd, əla, gözəldir.
"Səyyadi" havası. İfa edir: Aşıq Aydın Çobanoğlu
Loading the player...