Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Qəribli. "BİR SƏHƏR GƏL, BİR GÜNORTA, BİR AXŞAM"


Ay könül sirdaşım, dinlə məni sən,
Hicran yollarında, uzaq ellərdə.
Xəstə ürəyimdən xəbər tutmağa
Bir səhər gəl, bir günorta, bir axşam.

İstərdim səninlə qoşa gəzəydim,
Mahnı oxuyaydım, deyib güləydim.
Üzbəüzə özüm sənə deyəydim,
Bir səhər gəl, bir günorta, bir axşam.

Qoca dünyamıza sən bel bağlama,
Çalış, nikbin görün, heç vaxt ağlama,
Eşqin zirvəsində mənlə qalmağa,
Bir səhər gəl, bir günorta, bir axşam.

Qəribli qürbətdə dərdə düşübdü,
Ayrılıq yoluna bir də düşübdü.
Nələr çəkdiyimə şərik olmaqla,
Bir səhər gəl, bir günorta, bir axşam.


"Gilənar" havası. İfa edir: Murad Niyazlı
Loading the player...

 

 

 

 
 





Yuxarı