Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Mikayıl Azaflı. "VƏDƏSİNDƏ"


Başına mən dönüm, a mehribanım,
Qolların boynuma sal vədəsində.
Sən olarsan qarı, mən ollam qoca,
Qoy, əmim ləblərin bal vədəsində.

Dünyanın ləzzəti kefdi, damaqdı,
Kim görə-görməyə, o baxta-baxtdı,
Sürgünən kefini cavanlıq vaxtı,
Ağlama qəddinin dal vədəsində.

Bir canım var, fələk bir gün alacaq,
Üstündən dövranlar yollar salacaq,
Bir yemək, bir geymək, gəzmək qalacaq,
Dolan, gəz canının hal vədəsində.

Dünyada şirindi dövlətnən axça,
Ədalət yolunu düz bilin haqca,
Bağbansız olmasın bir bağ, bir bağça,
Dərərlər, tökərlər kal vədəsində.

Azaflı Mikayıl, yaranan köçür,
İnsan bir zəmidir, Əzrayıl biçir,
Əsrlər dolanır, ömür, gün keçir,
Dünyadan payını al vədəsində.


İfa edir: Aşıq Altay və Aşıq Samirə
Loading the player...

 

 

 

 
 





Yuxarı