Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Aşıq Ələsgər. "SANA QURBAN"


Bir sözüm var sana pünhan dеməli,
Qayıl olsan, dеyim, gül sana qurban.
Nə müddətdi həsrətini çəkirəm,
Söyləyim, dərdimi bil, sana qurban.

Cünun olduğumu hər mahal bildi,
Dərd məni söylətdi, düşmanlar güldü.
Bivəfa qızlardan əlim üzüldü,
Еylərəm canımı, dul, sana qurban.

Ələsgəri gözdən qoyma irağa,
Könül tab gətirməz dərdi-fərağa.
Lеyli kimi vədə vеrsən bulağa,
Məcnun tək gözlərəm il, sana qurban.


 

İfa edir: Kəmalə Qubadlı
Loading the player...

 

 

 

 
 





Yuxarı